Avqustun 20-də Azərbaycanda COVID-19 əleyhinə 1395 doza vaksin vurulub
Səhiyyə

Avqustun 20-də Azərbaycanda COVID-19 əleyhinə 1395 doza vaksin vurulub

Avqustun 20-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1395 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 253, ikinci doza vaksinlərin sayı 211, üç və daha çox doza vaksinlərin sayı 809, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 122-dir.

Azərbaycanda bu günə qədər vurul

an vaksin dozalarının ümumi sayı 13 milyon 847 min 248, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 371 min 491, ikinci mərhələ üzrə 4 milyon 860 min 969, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 356 min 882, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 257 min 906-dır.

AZƏRTAC