Avqustun 2-də Azərbaycanda COVID-19 əleyhinə 2 min 195 doza vaksin vurulub
Səhiyyə

Avqustun 2-də Azərbaycanda COVID-19 əleyhinə 2 min 195 doza vaksin vurulub

Avqustun 2-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2 min 195 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 377, ikinci doza vaksinlərin sayı 213, üç və daha çox doza vaksinlərin sayı 1368, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 237-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 820 min 206, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 367 min 154, ikinci mərhələ üzrə 4 milyon 858 min 103, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 340 min 156, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 254 min 793-dür.

AZƏRTAC