Avqustun 11-də COVİD-19 əleyhinə 65 min dozadan çox peyvənd vurulub
Səhiyyə

Avqustun 11-də COVİD-19 əleyhinə 65 min dozadan çox peyvənd vurulub

Avqustun 11-də Azərbaycanda 65 min 269 nəfər yeni növ koronavirus (COVİD-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 min 380, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 min 889 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 543 min 311, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 243 min 487, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 299 min 824 nəfər təşkil edir.

AZƏRTAC