ATƏT-in nümayəndəsi: Azərbaycanın dünyada  baş verən problemlərə yanaşması diqqətlərdən qaçmır
MÜSAHİBƏLƏR

ATƏT-in nümayəndəsi: Azərbaycanın dünyada  baş verən problemlərə yanaşması diqqətlərdən qaçmır

Ümumiyyətlə, Qlobal Bakı Forumunun keçirilməsi vacibdir. Çünki Forumda müzakirə edilən mövzular olduqca aktualdır.

Bu fikirləri ATƏT-in fəaliyyətdə olan sədrinin uzunsürən münaqişələr üzrə xüsusi nümayəndəsi Balat Nurgaliyev söyləyib.

B.Nurgaliyev qeyd edib ki, Forumda aparılan müzakirələr mübahisəli məsələlərin həlli istiqamətində atılan ilk addımlardır: "Azərbaycanın dünyada baş verən problemlərə bu dərəcədə xoş niyyətlə yanaşması diqqətlərdən qaçmır. İqtisadiyyat, səhiyyə, ekologiya və digər sahələrdə mövcud problemlərin həlli yolları araşdırılmalıdır".