Atasının adını yaşadan oğul
Region

Atasının adını yaşadan oğul

Doğma Qarabağın işğaldan azad olunmasında qəhrəmanlıq nümunəsi göstərib şəhadət zirvəsinə yüksələn kürdəmirli igidlərdən biri də Ramil Babyevdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə,  şəxsi igidlik   və şücaət  nümayiş etdirdiyinə  Azərbaycan Prezidenti İlham Əliyevin  sərəncamları ilə Ramil Babayev   3-cü dərəcəli “Rəşadət” ordeni,  “Vətən uğrunda”, “İgidliyə görə”  və   “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Bu gün onun adını oğlu Ramil yaşadır. İkinci  Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda Şəhid olmuş Ramil  Babayevin  övladı Ramilin doğum günü ilə əlaqədar Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini, YAP Kürdəmir Rayon təşkilatının sədri səlahiyyətlərini müvəqqəti icra edən Ağali Kərimli, Kürdəmir rayon İcra Hakimiyyətinin şöbə müdiri Mirmahmud  Mahmudov, Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov,  YAP Kürdəmir  rayon təşkilatının aparat işçiləri şəhidin ailəsi ilə görüşüb, atasının adını  daşıyan balaca Ramil Babayevə ad günü münasibətilə  hədiyyələr təqdim etdilər.

Şəhidimizin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Tofiq HÜSEYN,

“Respublika”  .