AŞPA-nın həmməruzəçiləri bölgədəki mövcud vəziyyət barədə məlumatlandırılıb
Siyasət

AŞPA-nın həmməruzəçiləri bölgədəki mövcud vəziyyət barədə məlumatlandırılıb

İyunun 5- Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger Liz Kristofersen ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə tərəflər arasında Azərbaycanın AŞPA-nın əməkdaşlıq gündəliyində duran məsələlər, gələcək perspektivlər, o cümlədən regionda mövcud cari vəziyyət AŞPA Parlament Assambleyasının Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə mümkün töhfələri ətrafında müzakirə aparılıb.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədəki mövcud vəziyyət, Azərbaycan tərəfindən aparılan genişmiqyaslı bərpa quruculuq layihələrindən söz açaraq Ermənistanın təxribatlarına prosesləri ləngitmək səylərinə baxmayaraq bölgədə sülhün sabitliyin təmini istiqamətində, o cümlədən sülh müqaviləsinin imzalanması, bütün kommunikasiyaların açılışı digər məsələlərdə ölkəmiz tərəfindən atılan mühüm addımlardan bəhs edib. Həmçinin görüşdə işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsi, bu xüsusda 10 noyabr üçtərəfli Bəyanatından irəli gələrək Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi kimi məsələlərə toxunulub.

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri ölkəmizə səfər çərçivəsində Ağdam rayonuna səfər etdiklərini Azərbaycan tərəfindən aparılan genişmiqyaslı yenidənqurma işləri ilə yaxından tanış olduqlarını bildiriblər. Regionda sülh təhlükəsizliyin təmin olunmasının vacibliyi vurğulanıb.

Görüşdə, eyni zamanda, beynəlxalq regional məsələlər üzrə qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.