Artilleriya komandirinin şərəfli döyüş yolu
Sosial həyat

Artilleriya komandirinin şərəfli döyüş yolu

Kənddə sayılıb-seçilən ailənin iki bacıdan sonra dünyaya gəlmiş tək oğul övladı idi. Atası Rafiq, anası Rübabə xanım kənd məktəbində müəllim işləyirdilər. Ailədə söz-söhbət ən çox Vətəndən, Vətənin erməni tapdağı altında qalan cənnət guşəsi-Qarabağdan düşürdü. İbtidai sinif şagirdi Nişat sonsuz maraqla valideynlərinə suallar verir, uşaq qəlbi ilə yurdda yaşanan böyük faciənin tarixini öyrənmək istəyirdi. Evə gələn qonaqlar arasında hərbi geyimli zabitlər var idi. Onlar Rafiq müəllimin orduda xidmət edən bibisi uşaqları idi.

Yeniyetməlik yaşına çatanda, “evin tək oğludeyimindən heç xoşu gəlmirdi. Çünki bu deyimin arxasında onun yeniyetmə ürəyində bəslənən arzulara pəl vurmaq niyyəti dayanırdı. “Ya tək, ya cütfərqi nədir, düşünürdü, hər kəs Vətənə bir can borcludur”...

Sabirabad rayonundakı Dadaşbəyli kənd orta məktəbinin əlaçı şagirdlərindən idi. Yüksək balla ölkənin istənilən ali məktəbinə qəbul oluna bilərdi. Amma arzu, istək hər şeyə güc gəldi. 2001-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olundu. Liseyi bitirib Heydər Əliyev adına Hərbi Akademiyanın artilleriya ixtisası üzrə təhsilini davam etdirdi. Bütün diqqəti, səy bacarığı artilleriya elminin sirlərini öyrənməyə həsr olundu. Təhsili başa vurandan sonra taqım komandiri kimi təyinatını düşmənlə sərhəd GədəbəyinNsaylı hərbi hissəsinə verdilər. Hərbi xidmətini bütünlüklə düşmənlə üzbəüz olan hərbi hissələrdə davam etdirdi bu müddətdə hər an, hər dəqiqə Ali Baş Komandanın döyüş əmrini gözlədi. Öz bacarığı, orduda nizam-intizamın qorunmasında, hərbi əmrlərin yüksək peşəkarlıqla yerinə yetirilməsində göstərdiyi nümunəvi xidmətə görə komandirlik tərəfindən dəfələrlə mükafatlara layiq görüldü. Batareya komandiri təyin olundu, kapitan rütbəsinə yüksəldi.

Gözlənilən günü şanlı Azərbaycan Ordusunun bütün zabit əsgərləri kimi kapitan Nişat Rəsulov da sonsuz qürur sevinc hissi ilə qarşıladı. Cəsur kapitan Ali Baş Komandanın döyüş əmrini səngərdə qəbul etdi. İlk yaylım atəşi onun batareyasına qismət oldu.

Döyüş yerləri səhnə dekorasiyası yaxud çəkiliş meydançası deyil. Buradakı epizodları bütünlüklə kino lentinin yaddaşına köçürməyə həvəs, vaxt, imkan yoxdur. Bütün bunlara baxmayaraq, müharibə günlərində topçulardan çəkilən videoçarx  tez-tez nümayiş etdirilirdi. “D-30” markalı top batareyasınaAtəşəmri verən zabiti - kapitan Nişat Rəsulovu çoxumuz tanıdıq, tanıdıqca da ona olan rəğbətimiz birə-yüz artdı. Tanışlar, yerlilər, ailə üzvləri qürur hissi yaşadılar.

Yaşanmış çətin anlar, müharibə dəhşətlərini əks etdirən epizodlar, hadisələr saysız-hesabsızdır. Müharibədən sonra ona mayor rütbəsi verildi. Müdafiə naziri, hərbi hissə komandirləri tərəfindən aldığı çoxsaylı fəxri fərman tərifnamələr, mükafatlar  arasında müzəffər Ali Baş Komandan tərəfindən layiq görüldüyüSuqovuşanın azad edilməsinə görəmedalı ona xüsusilə əzizdir.

- Qanlı döyüşlər getdi. Zaman gələcək Suqovuşan döyüşü  alimlər  tərəfindən diqqətlə öyrəniləcək. Hərb tarixində misli görülməmiş döyüş idi. Batareyamızın döyüşçülərindən şəhadətlik zirvəsinə yüksələnlərin müqəddəs xatirəsi ömürlük mənimlə yol yoldaşı olacaq.

...İgid zabiti Dadaşbəyli kəndində böyük coşqu ilə qarşıladılar. Atası Rafiq müəllim, anası Rübabə xanım 44 günlük Vətən müharibəsində göstərdiyi komandirlik məharətinə görə mayor hərbi rütbəsi alan övladlarına baxır çox ehtimal ki, ürəklərinin dərin guşəsindən bir sual keçirirdilər; “dünənki uşaq, evin tək oğlu vaxt böyüyüb müharibəyə getdi, oradan sağ-salamat qayıtdı, özü igid döyüşçü, iki oğul atası, ailə sahibi kimi?”...

Tofiq HÜSEYN,

Respublika”.