“Artilleriya atəşinin ustaları
Digər xəbərlər

“Artilleriya atəşinin ustaları" müsabiqəsində silah və hərbi texnikaya baxış keçirilib

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Qazaxıstanda keçiriləcək "Artilleriya atəşinin ustaları" müsabiqəsində istifadə ediləcək silah və texnikaya baxış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkəmizi müsabiqədə təmsil edəcək artilleriyaçılarımız silah və döyüş texnikası qəbul ediblər, müsabiqənin mərhələlərinin keçirilməsi üsullarının məşq etdirilməsinə başlayıblar.

Həmçinin hakimlər heyətinin üzvləri təlim sahəsi ilə tanış olublar.

Qeyd edək ki, "Artilleriya atəşinin ustaları" müsabiqəsi avqustun 24-dək davam edəcək.

AZƏRTAC