“Artilleriya atəşinin ustaları
Digər xəbərlər

“Artilleriya atəşinin ustaları" müsabiqəsi   başlayıb

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Qazaxıstan Respublikasının Otar hərbi bazasında keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin ilkin mərhələsi başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu mərhələdə komandalar zirehli döyüş maşınlarında marşrut üzrə təyin olunan müxtəlif maneələri dəf edərək, minalanmış ərazini keçib, pulemyotlardan, minaatanlardan, qumbaraatanlardan və atıcı silahlardan atəş tapşırıqlarını yerinə yetiriblər.

Peşəkarlıq nümayiş etdirən artilleriyaçılarımız birinci mərhələdə bütün hədəfləri sərrast atəşlə məhv ediblər.

AZƏRTAC