“Aqroservis
Region

“Aqroservis" texnikaları pambıq yığımına hazırlanır

Rayonumuzda taxıl biçini başa çatdı. Kənd Təsərrüfatı Nazirliyinin qurumu olan "Aqroservis" ASC-nin Qobustan Regional nümayəndəliyi Kürdəmir rayon bölməsi ərsəyə gətirilən məhsulu vaxtında, itkisiz toplamaq üçün fermerlərə lazımi köməklik göstərdi. Taxıl sahələrinə 25 kombayn çıxarıldı. Biçin müddətində kombaynlarda heç bir texniki problem yaranmadı, - deyə bölmə rəhbəri müxbirimizlə söhbətində bildirib.

Bölmənin rəisi Dürhəsən Abdulov onu da bildirir ki, biçin zamanı qonşu rayonlara da texnika sarıdan köməklik göstərildi. Bölmə hazırda pambıq yığımına hazırlaşır. Sahələrə 15 pambıqyığan maşın çıxarılacaq. Mexanizatorlar texnikanı saz hala gətirir, qarşıya çıxan çatışmazlıqları bölmə rəhbərliyinin yardımı ilə aradan qaldırırlar.

Bölmə rəisi əlavə edir ki, hazırda tarlalarda becərilən bitkiləri alaq otları və ziyanvericilərdən qorumaq üçün ünvanımıza müraciət edən fermerlər lazımi dərman preparatları ilə təmin olunurlar.

Tofiq HÜSEYN,

"Respublika".