Aqrar Universitetdə görüş
Sosial həyat

Aqrar Universitetdə görüş

Gənclər və idman naziri Fərid Qayıbov “Gənclərlə dialoq platforması” layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində gənclərlə görüşüb. 10 iyun GİN-nin məlumatında bildirilir.

Naziri kollektiv adından salamlayan universitetin rektoru Zəfər Qurbanov dəvəti qəbul edib tələbələrlə görüşə gəldiyi üçün nazir Fərid Qayıbova minnətdarlığını bildirib və görüşün tələbələr üçün faydalı olacağına əmin olduğunu qeyd edib.

Görüşdə nazir Fərid Qayıbov çıxış edərək gənclər və idman sahəsində görülən işlər, yeniliklər və hədəflər barədə məlumat verib. Onların müxtəlif mövzular üzrə təklif və ideyaları ilə maraqlanıb, gənclərə müvafiq dəstəyin göstərilməsi üçün tapşırıqlar verib.

 “Respublika”.