AQRAR SAHƏNİN DAVAMLI İNKİŞAFINA HESABLANMIŞ MÜHÜM TƏDBİRLƏR
İQTİSADİYYAT

AQRAR SAHƏNİN DAVAMLI İNKİŞAFINA HESABLANMIŞ MÜHÜM TƏDBİRLƏR

lkəmizdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlar qısa müddətdə səmərəli nəticələr verib. Aqrar sahə özünün dinamik inkişafı ilə müasir çağırışlara cavab verərək keyfiyyətcə yeni mərhələyə daxil olub.

Prezidentin qəbul etdiyi qərarlar sayəsində  bu sahəyə dövlət dəstəyi gücləndirilir, kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi, məhsuldarlığın artırılması, torpaq su resurslarından daha səmərəli istifadə edilməsi istiqamətində mühüm addımlar atılır.

Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edən, əhalinin davamlı olaraq ərzaqla təmin olunması missiyasını üzərinə götürən fermerlər dövlətin xüsusi diqqət qayğısı ilə himayə olunublar.

Tükənməz dövlət qayğısı sayəsində 2003-2020-ci illər arasında Azərbaycanda aqrar sahədə məhsul istehsalı iki dəfə artmışdır. Müqayisə üçün deyək ki, MDB ölkələrinin heç biri belə yüksək göstəriciyə nail ola bilməyib.

Ölkəmizdə aqrar sektorun böyük potensialı mövcuddur. Bu potensialı hərəkətə gətirmək, əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq üçün ardıcıl, düşünülmüş məqsədyönlü islahatlar aparılır.

Bu il iyulun 15- Prezident İlham ƏliyevinAqrar sahədə istehsalın emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqındaimzaladığı Fərman dövlətimizin başçısının aqrar sahəyə göstərdiyi yüksək diqqət qayğısının parlaq təzahürüdür. MüsahibimizAqroservisASC-nin Masallı-Yardımlı bölməsinin rəhbəri Hikmət Xəlilov fərmanın mühüm əhəmiyyət daşıdığını, aqrar sahənin inkişafı üçün yeni imkanlar yaradacağını vurğulayaraq dedi:

- Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı, yüksək iqtisadi artımın təmin edilməsi ölkə başçısının həyata keçirdiyi uğurlu siyasətin əsas prioritetlərindəndir.

Fərmanda qeyd olunub kiaqrar sektorda həyata keçirilən islahatlar yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bu çərçivədə elektronlaşmanın tətbiqi, dövlət xidmətlərinin optimallaşdırılması, eləcə səmərəli idarəetmə sisteminin qurulması aqrar sahədə keyfiyyət dəyişikliyini şərtləndirmiş emal sənayesinin güclənməsi üçün əlverişli imkanlar yaratmışdır. Ölkədə aqrar emal sənayesinin dayanıqlı inkişafı qeyri-neft sektorunun ixrac potensialının möhkəmləndirilməsi ərzaq təhlükəsizliyinin təmin olunması baxımından vacibdir. Bunu nəzərə alaraq, kənd təsərrüfatının yüksəlişinə dəstək mexanizmi məqsədyönlü şəkildə davamlı olaraq təkmilləşdirilməlidir.

Kənd təsərrüfatının ənənəvi sahələrinin sürətli inkişafı, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə müasir aqroparklar iri fermer təsərrüfatlarının təşkili, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması emal sənayesinin genişlənməsi istiqamətində mühüm işlər görülür.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2004- il 23 oktyabr tarixli Sərəncamına əsasən  “AqrolizinqAçıq Səhmdar Cəmiyyəti yaradılıb. Müəssisənin əsas məqsədi aqrar bölmənin müasir texnika ilə təchizatı məsələlərinin çevik şəkildə tənzimlənməsini təmin etməkdir. Cənab Prezidentin 2007 2009-cu illərdə imzaladığı müvafiq sərəncamlara əsasən cəmiyyətin fəaliyyəti daha da genişləndirilib.

Səhmdar Cəmiyyətin əsas fəaliyyət istiqaməti kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqların damazlıq heyvanların lizinq yolu ilə hüquqi fiziki şəxslərə satılması fermerlərə aqrotexniki xidmətlərin göstərilməsi, eləcə pestisidlərin aqrokimyəvi maddələrin güzəştli şərtlərlə satışının həyata keçirilməsindən ibarət olub.

Möhtərəm Prezident tərəfindən imzalanmış 2018-ci il 19 dekabr tarixli Fərmanın qüvvəyə minməsi nəticəsində kənd təsərrüfatı istehsal vasitələri bazarı liberallaşıb, aqrar sahənin texnika təminatında rəqabətyönümlü biznes mühiti formalaşıb.

Əvvəllər bu sahəyə sosial sahə kimi yanaşılırdısa, indi buna biznesyönümlü sahə kimi baxılır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən aqrotexniki xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə ölkə Prezidenti tərəfindən 2020-ci il 17 avqust tarixli Fərman imzalanıb. Fərmana uyğun olaraq cəmiyyətin adı dəyişdirilərəkAqroservisAçıq Səhmdar Cəmiyyəti adlandırılıb müəssisənin lizinq fəaliyyəti dayandırılıb. “AqroservisASC Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmaqla bu sektorda fəaliyyət göstərən digər təchizatçı şirkətlər kimi kənd təsərrüfatı istehsal vasitələrinin satışını bərabər hüquqla həyata keçirir.

Cəmiyyətin respublikanın əksər rayonlarında bölmələri var   Masallı-Yardımlı bölməsi lazımi texnika avadanlıqlarla təchiz olunub. Bölmənin ixtiyarında olan 24 kombayn, 3 şum traktoru, 6 kotan, 1 diskli mala, çəltikbiçən kombaynçəltikəkən, taxılsəpən, gübrəsəpən, dərmansəpən aqreqatlar fermerlərə xidmət göstərir. Bundan əlavə məhsul istehsalçıları gübrə pestisidlərlə təmin olunur.        

Masallı respublikamızın iri kənd təsərrüfatı rayonlarından biridir. Payızlıq əkinlər üçün Masallının kənd qəsəbələrində 30-dan çox səyyar xidmət, 211 fermerə mineral gübrə satışı həyata keçirilib. Səyyar xidmətin məqsədi məhsulun artırılmasına kömək göstərilməsi fermerlərin gübrə alışında çətinliklərinin aradan qaldırılmasıdır.

Cari mövsümdə Masallı rayonunda 2779 hektar sahədə arpa, 7469 hektar sahədə buğda biçilib. Sahələrdən 5993,4 ton arpa, 17628,4 ton buğda yığılıb. Yardımlı rayonunda da 3 min hektarda taxıl əkilmişdir. Taxıl sahələrinin təxminən yarısı aqroservisə məxsus texnikanın köməyilə biçilib. Cəlilabad Biləsuvar taxılçılarına da kombayn sarıdan köməklik göstərilib.

Artıq ötən mövsümdən başlayaraq çətin relyefli ərazilərdə taxıl yığımının çevik aparılması, operativliyin təmin edilməsi məqsədilə müasir standartlara cavab verən xüsusi konfiqurasiyaya malik 4 ədəd  innovativ kombayn alınıb dağlıq ərazilərdə biçinə cəlb edilib. Bu kombaynlar 38 dərəcə relyefli sahələrdə işləmə imkanı ilə yanaşı, relyefə uyğun avtomatik transformasiya imkanına malikdir. Kombayn kəskin relyefli ərazilərdə avtomatik rejimdə idarə oluna bilir məhsul yığımını tam itkisiz həyata keçirir. Bu cür innovativ kombaynların istifadəyə verilməsi relyefli ərazilərdə taxıl biçini zamanı çətinliklərin məhsul itkisinin qarşısının alınmasını, biçinin operativ aparılmasını təmin edir relyefli ərazilərdə əkilməyən torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsinə, məşğulluğun artırılmasına taxıl təhlükəsizliyinin təmin edilməsində böyük imkanlar yaradır.

Bu gün kənd təsərrüfatının inkişaf etdirilməsi üçün yerlərdə münbit şərait, geniş imkanlar vardır. Aqrar sahənin bölmələri əlaqəli işləyir, fermerlərə, kənd təsərrüfatı məhsulları istehsalçılarına operativ qaydada xidmət göstərirlər. Fermerlər artıq görürlər ki, tələb təklifləri cavabsız qalmır, problemlərinin həllinə dövlət dəstəyi, qayğı yardım göstərilir.

Payızlıq əkinlərin keçirilməsi üçün fermerlərlə müqavilələr bağlanılır. Əkin üçün torpağın hazırlanmasından məhsulun yığılmasına qədər görülən bütün aqrotexniki işlər, o cümlədən torpağın şumlanması, mala çəkilməsi, toxumun səpilməsi, gübrələmə dərmanlama, becərmə işləri, taxıl biçini aqroservis tərəfindən həyata keçiriləcək. Fermerlərə daha keyfiyyətli xidmətlər göstərmək üçün müasir traktorlara, qoşqulara, rotorlu malalara ehtiyac vardır.

Cənab Prezidentin imzaladığı fərmanda aqroparkların fəaliyyətinin tənzimlənməsi, aqrotexniki xidmət göstərilməsi mülkiyyət hüququnun saxlanılması şərtilə kənd təsərrüfatı texnikasının lizinqə (icarəyə) verilməsinin əlavə dəyər vergisindən azad edilməsi, habelə yerli kənd təsərrüfatı məhsullarının topdansatışı zamanı tətbiq edilən əlavə dəyər vergisinin ticarət əlavəsinə görə hesablanması nəzərdə tutulub.

Qarşıda kənd təsərrüfatının bütün sahələrində intensiv inkişafı təmin etmək, məhsuldarlığı, ixrac potensialı yüksək olan kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq kimi mühüm vəzifələr durur. Cənab Prezidentin Fərmanı aqrar-sənaye kompleksinin davamlı inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin ərzaq təminatının yaxşılaşdırılması, bu sahədə yeni uğurların qazanılması üçün geniş imkanlar açacaqdır.

Əlisəfa HƏSƏNOV,

Respublika”.