Aqrar  emal   sənayemiz: Çuğundurun   əkin   sahələri  genişlənir
İQTİSADİYYAT

Aqrar  emal   sənayemiz: Çuğundurun   əkin   sahələri  genişlənir

Azərbaycanda   şəkər  istehsalı, sənayesi   və   aqrar   sahədə  çuğundurun  əkilib-becərilməsi  respublikamızda müstəqilliyin bərpası  dövrü  ilə sıx   bağlıdır. Çünki   nə  qədər  qəribə  görünsə  də, keçmiş  SSRİ   dövründə  müttəfiq   respublikaların iqtisadi   əlaqələri   qəsdən, bilərəkdən   elə   qurulurdu  ki, onlar  biri -birindən   asılı vəziyyətdə    qalırdılar. İmperiya   siyasəti   belə  idi. Azərbaycan   da  şəkəri   və   qəndi  sovetlər  dönəmində   əsasən  Rusiya  və  ya  Ukraynadan  idxal   edirdi.

Respublikalar  müstəqillik  ədə  etdikdən   sonra Moskva   tərəfindən   zorla   qurulan, daha   doğrusu,  onlara  sırınan   iqtisadi  əlaqələr  qırıldı  və  biz  şəkər  problemi  ilə   üzləşdik. O   vaxt  üçün  Azərbaycanın   təxminən  8  milyon  nəfər   əhalisi   vardı  və  şəkərə  də  tələbat   çox   idi. Azərbaycan  özü   çuğundur  əkməyə  və  becərməyə  başladı. Bol  iqlim   qurşaqlarına, münbit  torpaqlara  malik   respublikamızda   bizə   heç   nə   problem   deyildi. Beləliklə,   aqrar   sektorda  bizim   üçün     yeni   bir   bitki olan çuğundur sahələri   salınmağa   başlandı.  

Yeganə  çatışmazlıq  emal  sənayesi  sarıdan idi. Ölkə   Prezidenti   cənab  İlham  Əliyevin  rəhbərliyi  altında  2004-cü  ildən etibarən   Dövlət   proqramları  qəbul   edilməyə   başlandı, ilk  hədəf  kimi  də  bölgələrdə   şəkər   zavodları inşa   etmək   qərara  alındı. Beləcə, Cənubi  Qafqazın   bu   sahədə ən   böyük    müəssisəsi  olan  İmişli  Şəkər Zavodu  tikilərək   istifadəyə  verildi. Hansı  ki, sutkada  1200  ton  yüksəkkeyfiyyətli  kristal  şəkər   istehsal  edir.

Bölgələrdə   şəkər  zavodu    və   sexlərinin  yaradılması  respublikamızda   çuğundur   əkininə   marağı   artırdı. Vaxtilə   1  hektar   belə  çuğundur   əkilməyən   ölkənin     indi  30-a  yaxın  inzibati   rayonunda  bu   məhsul    yetişdirilir  və  ümumi  sahə    5  min   hektarı  keçib. Dövlət  Statistika  Komitəsi   xəbər  verir  ki, bu   sahələrdən  ötən   il   ilkin  çəkidə  194   min   tona   yaxın  məhsul   toplanıb. Hər   hektardan   391   sentner   çuğundur   yığılıb  ki, bu   da  Avropa   ölkələri  göstəricilərindən  geri    qalmır.

Yeri  gəlmişkən   qeyd   edək  ki, respublikamızın  Tovuz, Şəmkir, Hacıqabul,  Beyləqan, İmişli, Füzuli  rayonları     ən  çox   şəkər   çuğunduru   əkilən   bölgələrdir və  bu   ərazilərdə   məhsuldarlıq    daha    yüksək   olur.

Ötən   ilin   yanvarından  çuğundur   əkini    plantasiyalarının     dövlət   dəstəyi   ilə   sığortalanması  sahənin   inkişafına    yeni    impuls    verib. Çuğundur   sahələri   sığortalanarkən   sahənin   yerləşdiyi   ərazi, əkin   yerinin   məhsuldarlığı,  seçilən   sığorta   zərfi    və  s. nəzərə alınır   və   buna   uyğun   olaraq  qiymətlər   də   dəyişir. Belə  ki,  sığorta    qiyməti   hər    hektardan   məhsuldarlıq    ən   az-8  sentner   olarsa  30   manat,    çox-930   sentner   olarsa   60   manat   təşkil   edir.

Dövlət   dəstəyi   ilə   sığorta  fermerlərin  əkinlərini  dolu,  yanğın,  zəlzələ,  qasırğa, torpaq   sürüşməsi,  fırtına,  3 -cü   şəxslərin  hərəkətləri  nəticəsində   dəyən  ziyanlardan   sığortalayır   və   bu, birinci   sığorta   zərfinə   aiddir.

Fermerlərin   əkin   sahələrində  bitki   xəstəlikləri, zərərvericilər, xüsusi   təhlükəli   ziyanvericilərin   yayılmsı   isə  ikinci  sığorta zərfinə  aiddir. Xatırladaq    ki, sığorta   zərfləri   biri - birindən  qiymət   etibarilə  fərqlənir   və   fermerlər   yalnız   zərfin   birini  seçə  bilərlər. 

                       Nəriman  CAVADOV,

                        “Respublika”.