Aprelin 8-də Azərbaycanda COVID-19 əleyhinə 8 min dozadan çox vaksin vurulub
Səhiyyə

Aprelin 8-də Azərbaycanda COVID-19 əleyhinə 8 min dozadan çox vaksin vurulub

Aprelin 8-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 8 min 588 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 629, ikinci doza vaksinlərin sayı - 717, üç və daha çox doza vaksinlərin sayı - 6 min 744, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı - 498-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 532 min 20, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 329 min 879, ikinci mərhələ üzrə 4 milyon 831 min 462, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 137 min 947, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 232 min 732-dir.

AZƏRTAC