Aprelin 29-da Azərbaycanda COVID-19 əleyhinə 4 min dozadan çox vaksin vurulub
Səhiyyə

Aprelin 29-da Azərbaycanda COVID-19 əleyhinə 4 min dozadan çox vaksin vurulub

Aprelin 29-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 4 min 26 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 417, ikinci doza vaksinlərin sayı 338, üç və daha çox doza vaksinlərin sayı 2 min 970, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 301-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 645 min 649, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 339 min 638, ikinci mərhələ üzrə 4 milyon 839 min 802, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 226 min 442, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 239 min 767-dir.

AZƏRTAC