Aprelin 28-də Azərbaycanda COVID-19 əleyhinə 4 min 451 doza vaksin vurulub
Səhiyyə

Aprelin 28-də Azərbaycanda COVID-19 əleyhinə 4 min 451 doza vaksin vurulub

Aprelin 28-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 4 min 451 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 431, ikinci doza vaksinlərin sayı 312, üç və daha çox doza vaksinlərin sayı 3 min 429, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 279-dur.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 641 min 623, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 339 min 221, ikinci mərhələ üzrə 4 milyon 839 min 464, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 223 min 472, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 239 min 466-dır.

AZƏRTAC