Aprelin 16-də Azərbaycanda COVID-19 əleyhinə 7 min dozadan çox vaksin vurulub
Səhiyyə

Aprelin 16-də Azərbaycanda COVID-19 əleyhinə 7 min dozadan çox vaksin vurulub

Aprelin 16-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 7 min 85 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 535, ikinci doza vaksinlərin sayı - 560, üç və daha çox doza vaksinlərin sayı - 5 min 538, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı - 452-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 589 min 438, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 334 min 34, ikinci mərhələ üzrə 4 milyon 836 min 19, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 183 min 237, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 236 min 148-dir.

AZƏRTAC