Aprelin 12-də Azərbaycanda COVID-19 infeksiyasına 108 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Aprelin 12-də Azərbaycanda COVID-19 infeksiyasına 108 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 108 yoluxma faktı qeydə alınıb, 96 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 830 min 531 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 851 nəfər müalicə olunaraq sağalıb, 10 min 199 nəfər vəfat edib. Aktiv xəstə sayı 481 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1548, indiyə qədər isə ümumilikdə 7 milyon 572 min 70 test icra olunub.            

 

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 147 doza vaksin vurulub

Aprelin 12- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 147 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 89, ikinci doza vaksinlərin sayı 20, üç daha çox doza vaksinlərin sayı 34, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 4-dür.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 957 min 780, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 409 min 131, ikinci mərhələ üzrə 4 milyon 880 min 251, üç daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 360, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 38-dir.