Aprelin 1-də Azərbaycanda COVID-19 əleyhinə 440 doza vaksin vurulub
Səhiyyə

Aprelin 1-də Azərbaycanda COVID-19 əleyhinə 440 doza vaksin vurulub

Aprelin 1- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 440 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 374, ikinci doza vaksinlərin sayı 19, üç daha çox doza vaksinlərin sayı 35, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 12-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 955 min 140, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 407 min 109, ikinci mərhələ üzrə 4 milyon 880 min 45, üç daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 34, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 952-dir.                                                   

Aprelin 1- Azərbaycanda COVID-19 infeksiyasına 75 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 75 yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 829 min 799 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 172 nəfər müalicə olunaraq sağalıb, 10 min 184 nəfər vəfat edib. Aktiv xəstə sayı 443 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1155, indiyə qədər isə ümumilikdə 7 milyon 559 min 748 test icra olunub.