Aprel  şəhidi  Röyal  Nəsirovun  ailəsi  ziyarət  edildi
Sosial həyat

Aprel  şəhidi  Röyal  Nəsirovun  ailəsi  ziyarət  edildi

Cəlilabad Rayon  İcra  Hakimiyyətinin  başçısı  Rafiq  Cəlilov,   hüquq-mühafizə  orqanlarının  rəhbərləri  Aprel   şəhidi  Röyal  Nəsirovun  ailəsini  ziyarət  etdilər.  Görüşdə  RİH-in  başçısı  Prezident   İlham  Əliyevin  Aprel  şəhidlərinin  şücaətini  yüksək  qiymətləndirdiyini,  həmin  döyüşləri  tarixi  qəhrəmanlıq  adlandırdığını  diqqətə  çatdırdı.  Qeyd  etdi  ki, bu döyüşlər  2020-ci ilin 10 noyabr zəfərinə  44  günlük  Vətən  müharibəsində  qazanılan  tarixi  qələbəyə,  doğma  Qarabağa  yenidən dönüşümüzə  aparan  yolun  ilk uğuru,  başlanğıcı  kimi  səciyyələndirilib.  İcra  başçısı  ailənin  qayğıları ilə  maraqlanıb,  təklif  və  müraciətlərini   dinləyib.  Röyal  Nəsirovun  şərəfli  döyüş  yoluna  nəzər yetirildi. Qeyd  olundu  ki,  Azərbaycanın  ərazi  bütövlüyü  uğrunda  canlarından  keçən  bütün şəhidlərimiz   kimi, Röyal  Nəsirovun  da  xatirəsi  daim  qəlbimizdə  yaşayacaq.

Şəhid  ailəsi  göstərilən  diqqət  və  qayğıya  görə  Prezident  İlham  Əliyevə  və  Birinci  vitse-prezident Mehriban  xanım   Əliyevaya  minnətdarlığını  ifadə  etdilər.

Röyal  İmran  oğlu  Nəsirov  16 mart  1997-ci ildə  Cəlilabad  rayonunun  Məlikqasımlı  kəndində  anadan olmuşdur.  2015-ci ilin iyul ayında  Səfərbərlik  və  Hərbi    Xidmətə  Çağırış  üzrə  Dövlət  Xidmətinin Cəlilabad rayon  şöbəsi  tərəfindən   həqiqi   hərbi  xidmətə  çağırılmışdır.  2016-cı ilin aprel  ayında  Tərtər rayonunda  yerləşən  cəbhənin  təmas  xəttində  gərgin   döyüş  zamanı  xidməti  borcunu  yerinə yetirərkən  qəhrəmancasına  Şəhid  olmuşdur.  Aprelin 9-da  Röyal  Nəsirovun  nəşi  Məlikqasımlı  kənd qəbiristanlığında  dəfn  edilmişdir.  Azərbaycan  Prezidenti  İlham  Əliyevin  sərəncamları  ilə  ölkəmizin  ərazi  bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarında  iştirakına  və  hərbi  hissə  qarşısına  qoyulmuş  tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə  görə   Röyal  İmran  oğlu  Nəsirov   ölümündən  sonra "Hərbi  xidmətdə  fərqlənməyə  görə"  medalı  ilə təltif edilmişdir.

                     Ərəstun  ABDULOV,  

                      “Respublika”.