Aprel döyüşləri ordumuzun gücünün nümayişidir
Digər xəbərlər

Aprel döyüşləri ordumuzun gücünün nümayişidir

7 il əvvəl, aprelin 1-dən 2- keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın ön xətt mövqelərini yaşayış məntəqələrini intensiv artilleriya atəşinə tutub. Hərbi qüvvələrimiz yerindəcə əks-həmlə ilə təxribatların qarşısını alıb.

Aprel döyüşlərində 30-dan çox yaşayış məntəqəmiz bombalanıb, nəticədə isə 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb. Bununla yanaşı, 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su qaz boruları dağıdılıb. Xain qüvvənin hücumu nəticəsində bir çox ibadət evləri təhsil ocaqları məhv olub. Azərbaycan tərəfinin adekvat cavabları nəticəsində mənfur düşmənin hərbi qüvvələrini möhkəmləndirdiyi "keçilməz sədd" kimi təqdim edilən birinci müdafiə xətti yarıldı bir sıra strateji əhəmiyyətli mövqelər ələ keçirildi. Tərtər rayonunun Talış kəndinin ətrafındakı strateji yüksəkliklər geri alındı, Cəbrayıl rayonundakı "Lələtəpə" adlı yüksəklik azad olundu, Seysulan kəndi erməni işğalçılarından təmizləndi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxışı zamanı da rəşadətli Azərbaycan ordusunun bu gücü sayəsində əldə edilən qələbələri xüsusi vurğulayıb həmçinin bildirib: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir".

4 günlük döyüşün Ermənistana böyük ciddi mesajları oldu. Onlar gördü ki, Azərbaycan Ordusu çox qısa zamanda işğal altında olan doğma torpaqlarını azad edə bilər. Əldə edilən qələbələr sayəsində isə mənəvi cəhətdən ermənilərə sarsıdıcı zərbə oldu. Həmçinin qələbə ölkəmizin ictimai rəyində qələbəyə inamı daha da möhkəmləndirərək, milli birlik həmrəyliyin gücləndirilməsinə ciddi təsir göstərdi. 1994- ildə imzalanmış atəşkəs sazişindən sonra formalaşmış təsəvvürlər alt-üst oldu, Ermənistan ordusu haqqında yaradılan məğlubedilməzlik mifi ilk dəfə ciddi zərbə aldı. Bununla yanaşı, danışıqlar prosesində Azərbaycanın mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi. İllərdir sözün əsl mənasında işğala gözlərini yuman ATƏT-in keçmiş Minsk qrupu da xəbərdarlıq almış oldu status-kvonun güc yolu ilə dəyişdirilməsinin mümkünsüzlüyü barədə təsəvvürləri əhəmiyyətli dərəcədə dəyişdi. Həm siyasi, həm strateji baxımdan mühüm əhəmiyyət kəsb edən bu döyüşdə bir sıra təşkilat dövlətlər Ermənistanın bu çirkin əməllərini qınaq obyektinə çevirdi.

3 gün sonra, aprelin 5-i Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində iki tərəfin razılığı ilə atəşkəs elan edilib. Əslində, ermənilərin bu addımı azərbaycanlıların əzminə, gücünə güc qatdı. Aprel döyüşləri şanlı Zəfər qələbəmizin başlanğıcı oldu. Həmçinin, bu döyüş nəticəsində xalqımızın erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə inamını möhkəmləndirdi. Nəticədə 2020-ci ildə 44 gün ərzində tarixə həkk olunacaq Zəfər qələbəsinə imza atdılar. Görünür, Prezident İlham Əliyev: "Nəyi, necə, vaxt etmək lazımdır, bunu mən bilirəm", - deyərkən elə məhz haqq mübarizəmizi nəzərdə tuturmuş. Bu da onu deməyə əsas verir ki, mənfur düşmən bizdən qorxmalı atdığı addımlara diqqət etməlidir.

Prezidentimiz xalqımız əsla imkan verməz ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövləti yaradılsın. Hayastanın "böyük Ermənistan" sevdası daim xülya olaraq qalıb, bundan sonra da elə qalacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".