Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başlayıb
Digər xəbərlər

Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başlayıb

Yanvarın 18-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda müvafiq qurumlara "Antiinflyasiya tədbirlərinin gücləndirilməsinə dair" Tədbirlər Planının hazırlanması tapşırılmışdı.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, artıq müvafiq qurumların nümayəndələrindən ibarət İşçi qrup yaradılıb və ilk iclası keçirilib.

İşçi qrupun təqribən iki həftə ərzində Tədbirlər Planının ilkin layihəsini Hökumətə təqdim edəcəyi gözlənilir.

AZƏRTAC