Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü
Digər xəbərlər

Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib.

Görüşün Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin baş vermiş güclü zəlzələlər nəticəsində çətin günlərdən keçən qardaş Türkiyəyə dəstək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşünün Ankarada keçirilməsini təklif edib. Görüşdə iştirak edən dövlətlərin başçıları ilə razılaşdıqdan sonra bununla əlaqədar müvafiq qərar qəbul olunmuşdur. "Fəlakət - Fövqəladə halların idarə edilməsi humanitar yardım" mövzusuna həsr olunan görüşdə fəlakətlər onların fəsadları ilə mübarizədə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Dövlətimizin başçısı Fövqəladə Zirvə görüşündə çıxış edərək zəlzələdə həyatını itirənlərin ailələrinə yaxınlarına, qardaş Türkiyəyə başsağlığı verdikdən sonra Azərbaycan hökuməti xalqının zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olduğunu bildirib. Həqiqətən xalqımız dövlətimiz Türkiyənin ağır günlərində qardaş ölkəni yalnız qoymadı. Bu da iki dövlət arasında sarsılmaz dostluğun bariz nümunəsidir. Xilasedicilərimiz zəlzələ bölgəsində gecə-gündüz çalışarkən xalqımız dualarını bir an əskik etmədi, tibb personalımız zəlzələ bölgəsində ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərdi.

Dövlət başçımız çıxışında türk xalqının 44 günlük müharibə dövründə Azərbaycanın yanında olduğunu da vurğulayaraq bildirib ki, türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır daha böyük coğrafiyanı əhatə edir.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan Qırğızıstan arasında imzalanan Naxçıvan müqaviləsi ilə qurulan beynəlxalq təşkilatdır. 2018-ci il aprelin 30-da Özbəkistan dövləti təşkilata qatılmaq istədiyini açıqlamış 2019-cu ilin sentyabrında Türk Şurasına üzv qəbul olunmuşdur. Təşkilatın əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Təşkilatın bayrağı 2012-ci il avqustun 22- Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Təşkilatının 2-ci Zirvə görüşündə qəbul edilib. Bayraq Özbəkistan xaric digər üzv ölkələrin bayraqlarına aid simvolların birləşməsindən meydana gəlib bayraq üzərindəki 8 guşəli ulduz Azərbaycanı təmsil edir. 2020-ci il aprelin 10-da Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə Fövqəladə Zirvə görüşü keçirilib. Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub. Naxçıvan Müqaviləsinə görə, təşkilatın əsas məqsədi tərəflər arasında qarşılıqlı etimadın dostluğun möhkəmləndirilməsi, xarici siyasət məsələləri üzrə ümumi mövqelərin işlənib hazırlanması, beynəlxalq terrorizm, separatizm, ekstremizm transsərhəd cinayətkarlıqla mübarizə üzrə fəaliyyətlərin əlaqələndirilməsindən ibarətdir. Həmçinin ümumi maraq doğuran bütün sahələrdə səmərəli regional ikitərəfli əməkdaşlığın təşviq edilməsi, ticarət investisiya üçün əlverişli şəraitin yaradılması, hərtərəfli balanslaşdırılmış iqtisadi artım, sosial mədəni inkişafı hədəfləmək, elm, texnologiya, təhsil, səhiyyə, mədəniyyət, idman turizm sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, kütləvi informasiya vasitələrinin digər kommunikasiya vasitələrinin qarşılıqlı fəaliyyətini təşviq olunması, üzv dövlətlər arasında əməkdaşlığın inteqrasiyanın gücləndirilməsi hüquqi əməkdaşlığın inkişaf etdirməsi təşkilatın vəzifələri sırasında yer alır.

Nəzrin CAVADZADƏ,

"Respublika".