Anım Günü ilə bağlı hərbi gəmilərdən yaylım atəşləri açılıb
Sosial həyat

Anım Günü ilə bağlı hərbi gəmilərdən yaylım atəşləri açılıb

Ötən il sentyabrın 27-dən başlayan və Ordumuzun parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin ildönümü ilə bağlı anım tədbirləri keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Anım Günü ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsi yad edilib.

Şəhidlərimizə ehtiram əlaməti olaraq, sentyabrın 27-də Hərbi Qənimətlər Parkı ilə üzbəüz ərazidəki Bakı buxtasında Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin artilleriya qurğularından üç dəfə yaylım atəşi açılıb.

AZƏRTAC