Andrey Yatskin: Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev Rusiyada da böyük ehtiramla anılır
Siyasət

Andrey Yatskin: Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev Rusiyada da böyük ehtiramla anılır

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin ilə görüşüb.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova Rusiyanın Dövlət Dumasında Federal Şurada Heydər Əliyevin yubileyi ilə bağlı təşkil olunmuş sərgilərə görə təşəkkür edərək, görkəmli dövlət xadiminin xatirəsinə göstərilən ehtiramı yüksək qiymətləndirib bunu iki ölkə arasında dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirib. Görüşdə bildirilib ki, Azərbaycan-Rusiya münasibətlərinin inkişafında Heydər Əliyevin xidmətləri danılmazdır. Parlamentin sədri Rusiyaya səfəri çərçivəsində paytaxt Moskva şəhərində keçirilən tədbirlərdə çıxış edənlərin Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyev haqqında söylədikləri xoş sözlərlə bağlı təəssüratlarını bölüşüb. Qeyd edib ki, əsası Heydər Əliyev dönəmində qoyulmuş Rusiya-Azərbaycan münasibətləri bu gün hər iki ölkənin liderləri tərəfindən uğurla davam etdirilir bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib.

Söhbət zamanı parlamentlərarası əlaqələrin bu günü inkişaf perspektivləri, dostluq qruplarının fəaliyyəti, qarşılıqlı səfərlərin əhəmiyyəti barədə danışılıb.

Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin Rusiyada da həmişə böyük ehtiramla anıldığını, onun SSRİ rəhbərliyində olduğu dövrdə gördüyü nəhəng işlərin bu gün minnətdarlıqla xatırlandığını söyləyib. O, Azərbaycan-Rusiya münasibətlərinə toxunaraq, Heydər Əliyevin bu sahədəki xidmətlərini yüksək dəyərləndirib.

Sonda tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.