“Anatolian Phoenix-2022
Digər xəbərlər

“Anatolian Phoenix-2022" təliminə hazırlıq brifinqi təqdim olunub

Türkiyənin Konya şəhərində keçirilən "Anatolian Phoenix-2022" taktiki-uçuş təliminə hazırlıq və mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə təlimə qatılan müxtəlif ölkələrin nümayəndələri üçün brifinq təqdim olunub.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotlarının və aviasiya vasitələrinin iştirakı ilə keçirilən beynəlxalq təlim mayın 27-dək davam edəcək.

AZƏRTAC