ANAMA: Ötən həftə işğaldan azad edilmiş ərazilərdə tank əleyhinə 54 mina aşkarlanaraq zərərsizləşdirilib
Digər xəbərlər

ANAMA: Ötən həftə işğaldan azad edilmiş ərazilərdə tank əleyhinə 54 mina aşkarlanaraq zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, oktyabrın 3-dən 8-dək Tərtər, Ağdam, Şuşa, Xocavənd, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 92, tank əleyhinə 54 mina və 458 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 316 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

AZƏRTAC