ANAMA: Ötən həftə 962 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Digər xəbərlər

ANAMA: Ötən həftə 962 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, sentyabrın 1-dən oktyabrın 2-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 429, tank əleyhinə 83 mina və 533 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 962 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Ötən il noyabrın 10-dan bu il oktyabrın 2-dək isə ümumilikdə 5537 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

AZƏRTAC