ANAMA: Ötən həftə 697 hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Digər xəbərlər

ANAMA: Ötən həftə 697 hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, avqustun 1-dən 6-dək Tərtər, Ağdam, Şuşa, Xocavənd, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 204, tank əleyhinə 32 mina və 29 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 697 hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

AZƏRTAC