ANAMA: Ötən həftə 147 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Digər xəbərlər

ANAMA: Ötən həftə 147 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, avqustun 16-dan 21-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 110, tank əleyhinə 2 mina və 54 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 147 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

AZƏRTAC