ANAMA: Ötən həftə 108 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Digər xəbərlər

ANAMA: Ötən həftə 108 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

 Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, dekabrın 13-dən dekabrın 18-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 18 mina və 166 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 108,5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

 AZƏRTAC