ANAMA: Ötən ay piyada əleyhinə 455 mina aşkarlanaraq zərərsizləşdirilib
Digər xəbərlər

ANAMA: Ötən ay piyada əleyhinə 455 mina aşkarlanaraq zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, avqustun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 455, tank əleyhinə 70 mina və 503 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ay ərzində 634 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Ötən il noyabrın 10-dan bu il avqustun 31-dək isə piyada əleyhinə 9406, tank əleyhinə 4092 mina və 10 min 529 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Beləliklə, nəticədə 4575 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

AZƏRTAC