ANAMA: Ötən ay 402,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Digər xəbərlər

ANAMA: Ötən ay 402,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, yanvarın 5-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 32, tank əleyhinə 27 mina və 230 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ay ərzində 402,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

2020-ci il noyabrın 10-dan bu il yanvarın 31-dək isə piyada əleyhinə 10 min 504, tank əleyhinə 4802 mina və 13 min 444 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Bu müddət ərzində 7180 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

AZƏRTAC