ANAMA: Ötən ay 1735 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib
Digər xəbərlər

ANAMA: Ötən ay 1735 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, noyabrın 1-dən 30-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 782, tank əleyhinə 344 mina və 1735 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən ay ərzində 2522,6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

AZƏRTAC