ANAMA-nın maarifləndirmə istiqamətində icra etdiyi fəaliyyət UNICEF tərəfindən yüksək dəyərləndirilib
Digər xəbərlər

ANAMA-nın maarifləndirmə istiqamətində icra etdiyi fəaliyyət UNICEF tərəfindən yüksək dəyərləndirilib

Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) proqramı çərçivəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) icra etdiyi fəaliyyət UNICEF tərəfindən yüksək dəyərləndirilib.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, bu haqda UNICEF-in Nyu-Yorkda yerləşən baş qərargahının Uşaqların Müdafiəsi Bölməsinin və PSTM mərkəzinin rəhbəri Hugues Laurenge Agentliyə səfəri zamanı qeyd edib.

Nümayəndə heyətinə Agentliyin tarixi, ümumi fəaliyyəti, reallaşdırılan humanitar minatəmizləmə əməliyyatları və işğaldan azad edilən ərazilərdə mövcud mina təhlükəsi haqda təqdimat nümayiş olunub.

ANAMA-nın idarə heyətinin sədri Vüqar Süleymanov UNICEF nümayəndə heyəti ilə görüşdə bildirib ki, maarifləndirmə istiqamətində layihələrin uğurlu icrası 20 ilə yaxın davam edən sıx əməkdaşlığın bariz nümunəsidir.

Görüşdə işğaldan azad edilmiş ərazilərin yaxınlığında yaşayan əhali arasında təhlükəsiz davranış qaydaları və məlumatlılığın artırılması məqsədilə ikitərəfli əməkdaşlığın davam etdirilməsi sahəsində fəaliyyətin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

AZƏRTAC