ANAMA: Ağdam rayonunda mina partlayışı nəticəsində xəsarət alan Fərid Əliyevin vəziyyəti stabildir
Digər xəbərlər

ANAMA: Ağdam rayonunda mina partlayışı nəticəsində xəsarət alan Fərid Əliyevin vəziyyəti stabildir

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam rayonunda mina partlayışı zamanı xəsarət almış əməkdaşının vəziyyəti ilə bağlı yeni məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatda avqustun 6-da işğaldan azad edilmiş Ağdam rayonunda mina partlayışı zamanı xəsarət alan Agentliyin əməkdaşı Əliyev Fərid Əlimusa oğlunun tam həkim müayinəsindən keçirildiyi qeyd olunub. Bildirilib ki, F.Əliyevin baş-beyin kompüter tomoqrafiyası icra edilib, gözləri müayinə olunub. Zərərçəkənin başında və gözlərində heç bir ciddi xəsarətin olmadığı müəyyən edilib. Partlayış zamanı ətrafa yayılan torpaq dənəcikləri gözlərindən təmizlənib, müvafiq profilaktik tədbirlər həyata keçirilib. Vəziyyəti stabildir.

AZƏRTAC