Anadır arzulara hər zaman Qarabağ
Region

Anadır arzulara hər zaman Qarabağ

Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Şuşa ili”nə həsr olunan regional xor müsabiqəsi başa çatıb. Xocavənd rayon uşaq musiqi məktəbində “Anadır arzulara hər zaman Qarabağ” devizi altında tədbir keçirilib. Regional xor müsabiqəsinin birinci mərhələsi Füzuli rayon Aybasanlı kənd uşaq musiqi məktəbində, yekun mərhələ isə Xocavənd rayon uşaq musiqi məktəbində baş tutub.

 Müsabiqədə iştirak edən 14 məktəbin xor kollektivi tərəfindən 53 musiqi əsəri ifa olunub. Münsiflər heyətinin qərarına əsasən Kürdəmir rayon uşaq incəsənət məktəbinin xor kollektivi I yerə, Xocavənd rayon Tuğ kənd uşaq musiqi məktəbinin xor kollektivi II yerə, Füzuli rayon Böyük Bəhmənli kənd uşaq musiqi məktəbinin xor kollektivi III yerə layiq görülüb.

Salman ALIOĞLU,

“Respublika”.