Ana Birçall: Azərbaycan Prezidentinin enerji sahəsində həyata keçirdiyi islahatlar alqışalayiqdir
MÜSAHİBƏLƏR

Ana Birçall: Azərbaycan Prezidentinin enerji sahəsində həyata keçirdiyi islahatlar alqışalayiqdir

Bu Forumda iştirak etməyimdən çox məmnunam. Bu, müxtəlif ölkələrin nüfuzlu şəxslərinin fikir mübadiləsi aparması üçün olduqca önəmli platformadır. Biz beynəlxalq aləmi narahat edən məsələləri müzakirə edirik və onlara həll yolları tapmağa çalışırıq. Bu Forum dünya, eyni zamanda, region üçün Davos Forumu qədər önəm daşıyır.

Bu fikirləri 2018-2019-cu illərdə Rumıniya Baş nazirinin müavini olmuş Ana Birçall deyib.

O bildirib ki, Azərbaycan enerji sahəsində təkcə Rumıniyaya yox, eyni zamanda, regiona böyük dəstək göstərir. Şübhəsiz ki, Rumıniyaya dəstək vermək, həmçinin Moldovaya və digər ölkələrə kömək etməkdir. "Azərbaycan Prezidenti İlham Əliyevin enerji sahəsində həyata keçirdiyi islahatlar alqışalayiqdir. Şübhəsiz ki, Rumıniyaya dəstək göstərmək, həmçinin Moldovaya və digər ölkələrə dəstək göstərməkdir. İnanıram ki, Rumıniya və Azərbaycan enerji və bir çox digər sahələrdə yüksək inkişafa yol açacaq. Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə böyük layihələr həyata keçirilir. Azərbaycan kritik zamanlarda təkcə Rumıniyaya yox, eyni zamanda, Avropa İttifaqına dəstəyini əsirgəmədi".