Amnistiya aktı Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri tərəfindən 12 min 570 nəfərə tətbiq edilib
MÜSAHİBƏLƏR

Amnistiya aktı Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri tərəfindən 12 min 570 nəfərə tətbiq edilib

"8 Noyabr - Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında" Milli Məclisin 2021-ci il 5 noyabr tarixli Qərarı Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri tərəfindən fevralın 15-dək 12 min 570 nəfərə tətbiq edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova məlumat verib.

A.Sabitova bildirib ki, onlardan 5009-u Penitensiar, 6759-u Probasiya xidmətləri tərəfindən tətbiq olunub. Amnistiyanın tətbiqi nəticəsində 8138 nəfər ayrı-ayrı cəzalardan azad edilib, 3630 nəfərin isə cəza müddəti azaldılıb.

AZƏRTAC