Amerika-Azərbaycan Cəmiyyətinin rəhbəri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Digər xəbərlər

Amerika-Azərbaycan Cəmiyyətinin rəhbəri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Amerika-Azərbaycan Cəmiyyətinin rəhbəri, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Cümhuriyyətin xüsusi xidmət orqanı olan Əksinqilab ilə mübarizə təşkilatının rəisi, "Azərbaycan istiqlal mücadiləsi xatirələri" kitabının müəllifi Nağı Şeyxzamanlının nəvəsi Tomris Azəri sentyabr ayının 6-da Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Tomris Azəri Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn Amerika-Azərbaycan Cəmiyyətinin rəhbəri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları önünə güllər qoyub.

AZƏRTAC