AMEA Neft və Qaz İnstitutu 2022-ci il üçün doktorantura və disseranturaya qəbul elan edir
Reklam və elanlar

AMEA Neft və Qaz İnstitutu 2022-ci il üçün doktorantura və disseranturaya qəbul elan edir

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya:

2521.01 - "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı" ixtisası üzrə 2 yer: 1 - əyani ödənişli və 1 yer - əyani ödənişsiz.

2525.01 - "Neft və qaz yataqlarının işlənməsi və istismarı" ixtisası üzrə 2 yer: 1 - əyani ödənişsiz, 1 - qiyabi ödənişsiz).

Elmlər doktoru hazırlığı üzrə dissertanturaya:

2525.01 - "Neft və qaz yataqlarının işlənməsi və istismarı" ixtisası üzrə 1 yer ödənişsiz.

Sənədlər 5 aprel - 5 may 2022-ci il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Neft və Qaz İnstitutunda qəbul ediləcək.

Ünvan: Bakı şəh., F.Əmirov, 9

Tel.: 493-67-51.