Amanda Pol: Bugünkü konfransda Prezident İlham Əliyevlə bir sıra məsələlər üzrə maraqlı fikir mübadiləsi apardıq
MÜSAHİBƏLƏR

Amanda Pol: Bugünkü konfransda Prezident İlham Əliyevlə bir sıra məsələlər üzrə maraqlı fikir mübadiləsi apardıq

"Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyevlə bir sıra məsələlər üzrə maraqlı fikir mübadiləsi apardıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Avropa Siyasət Mərkəzinin siyasət məsələləri üzrə baş analitiki Amanda Pol deyib.

"Prezident İlham Əliyev Ermənistanla sülh sazişinin mümkün qədər tez əldə olunması istiqamətində Azərbaycanın qətiyyətini ifadə etdi. Konfransda, həmçinin Orta Dəhlizin inkişafı və gücləndirilməsi istiqamətində təşəbbüslər, regionun inkişafı, o cümlədən "Yaşıl Sövdələşmə", Azərbaycanın "yaşıl enerji"nin müxtəlif formalarına keçidindən bəhs olundu", - deyə baş analitik qeyd edib.

AZƏRTAC