Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Şahin Kamil oğlu Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Hüquqi aktlar

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Şahin Kamil oğlu Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 3 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Şahin Kamil oğlu Seyidzadə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin deputatı başqa ödənişli fəaliyyətlə məşğul olduqda onun deputat səlahiyyətlərinə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 175.3-cü maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının qərarı ilə xitam verilir.

Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ş.K.Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsi üçün əsas yaranmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.14-cü, 28.2-ci, 28.4-cü, 175.3-cü, 176.2-ci və 176.3-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Şahin Kamil oğlu Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr   Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov