Ali Məhkəmənin məlumatı
Məlumat

Ali Məhkəmənin məlumatı

Azərbaycan Respublikasının Ali Məhkəməsi son günlər sosial şəbəkələrdə Ali Məhkəmənin hakimi barəsində yayılan təhqiramiz, həqiqətə uyğun olmayan təsvirlərlə bağlı məlumat yayıb. Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, bu cür saxtalaşdırılmış məlumatların yayılması cəmiyyətimizin dəyərlərinə zidd hərəkət olmaqla yanaşı, ümumilikdə, dövlət hakimiyyətinin məhkəmə qoluna qarşı rəzil qəsd sayılmalıdır.

Yayılmış məlumatla bağlı lazımi tədbirlərin görülməsi üçün müvafiq dövlət qurumlarına müraciət edilib.

Ali Məhkəmənin hakimləri öz həmkarının və bütövlükdə məhkəmə hakimiyyətinin nüfuzunun ləkələnməsinə yönəlmiş belə cəhdləri qətiyyətlə pisləyir və həmvətənlərimizi belə uydurma məlumatları yaymaqdan çəkinməyə çağırırlar.

AZƏRTAC