Ali Məhkəmədə apellyasiya instansiyası məhkəmələrinin və müvafiq məhkəmə kollegiyalarının sədrləri ilə iclas
Siyasət

Ali Məhkəmədə apellyasiya instansiyası məhkəmələrinin və müvafiq məhkəmə kollegiyalarının sədrləri ilə iclas

Mayın 26-da Azərbaycan Respublikasının Ali Məhkəməsində ölkəmizdə fəaliyyət göstərən apellyasiya instansiya məhkəmələri müvafiq məhkəmə kollegiyalarının sədrlərinin iştirakı ilə iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması istiqamətində görülmüş işlər, Ali Məhkəmə ilə apellyasiya instansiyası məhkəmələri arasında əlaqələr, cari vəziyyət qarşıda duran vəzifələr müzakirə olunub. Qanunun aliliyinin təmin olunması, həmçinin vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında Ali Məhkəmənin rolundan bəhs edilib.

 Qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə keçən iclasda müəyyən təkliflər səsləndirilib.