Albertus Antonius van Eijden: Laçın şəhərində bir çox tikili dağıdılıb
MÜSAHİBƏLƏR

Albertus Antonius van Eijden: Laçın şəhərində bir çox tikili dağıdılıb

Laçın dəhlizindən keçərkən yol kənarlarında dağılmış bir çox tikili, bina gördüm. Şəhərdə, eyni zamanda, yollar da köhnədir.

Bunu AZƏRTAC-a müsahibəsində Niderlanddan gəlmiş səyyah Albertus Antonius van Eijden bildirib.

İşğaldan azad edilmiş ərazilərimizdə bir çox tarixi abidələrlə tanış olduğunu deyən səyyah Qarabağın gözəl təbiətinə heyranlığını gizlətməyib.

O, gələcəkdə Azərbaycan ilə Ermənistan, həmçinin iki xalq arasında mehriban münasibətlərin yaranacağına inamını ifadə edib.

AZƏRTAC