Aktiv məşğulluq tədbirləri
Sosial həyat

Aktiv məşğulluq tədbirləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən il 130 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlardan 40 min şəxs münasib işlərlə təmin edilib, 16,1 min şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub. Agentlik tərəfindən ötən il həmçinin 4,6 min işsiz şəxs peşə hazırlığına cəlb edilib. Onlar üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif peşə sahələri üzrə hazırlıq kursları təşkil edilib və məşğulluqlarının təmini üçün işlər aparılıb.

Bu dövrdə 70 minə yaxın şəxsə peşəyönümü xidmətlər göstərilib. Həmçinin əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı çərçivəsində 2,1 min şəxsə iş yerlərinə  göndəriş verilib.

“Respublika”.