Ailə insan həyatının ən önəmli hissəsidir
Sosial həyat

Ailə insan həyatının ən önəmli hissəsidir

15 MAY Beynəlxalq Ailə Günüdür

15 May - Beynəlxalq Ailə Günüdür. 2022-ci ilin sonunda dünya əhalisi səkkiz milyard nəfərə çatdı. Bu rəqəmin 2050-ci ildə 9,8 milyarda, 2100- ildə isə 11,2 milyarda çatacağı proqnozlaşdırılır. Bununla yanaşı, davamlı urbanizasiya perspektivləri iqlim dəyişikliyinin idarə olunması ilə bağlı narahatlıqlar da artır. Demoqrafik dəyişiklik bütün dünyada ailələrin həyatına rifahına təsir edən ən mühüm amillərdən biridir. Demoqrafik meyillər əsasən doğum ölüm sayları ilə formalaşır. Bugünkü şəraitdə doğuş nisbətinin azalması ailələr üçün daha faydalıdır. Çünki bu yolla onlar uşaqlarının sağlamlığına təhsilinə daha çox sərmayə qoya bilirlər. Bu hal da öz növbəsində yoxsulluğun azalmasına sosial-iqtisadi inkişafa kömək edir. Tədqiqatlar göstərir ki, doğuş sayının azalması qadınların əmək prosesində iştirakını da artırır.

BMT-nin baş katibi hər il Beynəlxalq Ailə Günü üçün mövzu elan edir. 2023- il Beynəlxalq Ailə Gününün mövzusu demoqrafik tendensiyaların ailələrə təsiri barədə məlumatlılığı artırmaqdır.

1980-ci illərdə Birləşmiş Millətlər Təşkilatının diqqəti ailə ilə bağlı məsələlərə yönəldi. 1983- ildə İqtisadi Sosial Şuranın tövsiyələrinə əsaslanaraq, Sosial İnkişaf Komissiyası inkişaf prosesində ailənin rolu haqqında qətnaməsində Baş Katibdən ictimaiyyət arasında ailə problemləri ehtiyacları, habelə bu ehtiyacların ödənilməsinin effektiv yolları haqqında məlumatlılığı artırmağı xahiş etdi. Şura 29 may 1985-ci il tarixli 1985/29 saylı qətnaməsində Baş Assambleyaya 41-ci sessiyasının gündəliyinə "İnkişaf prosesində olan ailələr" adlı bəndin daxil edilməsi imkanını nəzərdən keçirməyi təklif etdi. Daha sonra, Sosial İnkişaf üzrə Komissiyanın sessiyalarının 30-cu raundunda tərtib edilmiş tövsiyələrə əsaslanaraq, Assambleya bütün dövlətləri beynəlxalq ailə ilinin elan edilməsi ilə bağlı öz fikirlərini bildirməyə öz şərh təkliflərini təqdim etməyə dəvət etdi. Şura, həmçinin Baş Katibdən 43- sessiyasında Baş Assambleyaya belə bir ilin elan edilməsi üçün digər yollar vasitələrlə bağlı üzv dövlətlərin şərh təkliflərinə əsaslanan hərtərəfli hesabat təqdim etməyi xahiş etdi. 1993- ildə Baş Assambleya hər il mayın 15-ni Beynəlxalq Ailə Günü kimi qeyd etmək qərarına gəldi.

Ölkəmizdə ailə bütün dövrlərdə cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ümummilli lider Heydər Əliyev Azərbaycan ailəsi onun problemlərini həmişə diqqətdə saxlayıb. Bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün məqsədyönlü surətdə həyata keçirilir.

Ailədaxili problemlərə həmişə xüsusi diqqətlə yanaşan ulu öndər Heydər Əliyev bu məsələlərin vahid mərkəzdən idarə olunması məqsədilə 1998-ci il yanvarın 14- Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzalayıb. Ümummilli liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin Fərmanı ilə keçmiş Komitənin bazası əsasında 2006- il fevralın 6-da Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) yaradılıb. Hazırda ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində onlarla Dövlət Proqramı layihələr həyata keçirilir. Müxtəlif dövlət sturukturlarının cəlb olunduğu bu proqramlarda Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəal iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək demişdir: "Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır".

Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994- ildən qeyd olunur. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub. Respublikamızda Ailə bayramının qeyd olunması dövlət-qadın siyasətinin əyani təcəssümüdür. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ailə, qadın uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. Cəmiyyətdə bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, ümumilikdə təhsil sisteminin inkişaf etdirilməsi məqsədilə Heydər Əliyev Fondu "Uşaq evləri internat məktəblərinin inkişafı" proqramını, "Yeniləşən Azərbaycana yeni məktəb" "Təhsilə dəstək" layihələrini həyata keçirir. 2005-2014- illər ərzində "Uşaq evləri internat məktəblərinin inkişafı" proqramı çərçivəsində respublika üzrə 32 uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib.

"Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı 412 məktəb binası inşa olunmuş ya yenidən qurulmuş, "Təhsilə dəstək" layihəsi çərçivəsində isə respublika üzrə 20-dən çox uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilmişdir.

Ailələr cəmiyyətin əsasını təşkil edir. Ailə üzvləri insan həyatında önəmli rol oynadığından Beynəlxalq Ailə Günü ən əhəmiyyətli günlərdən biri kimi qeyd olunur.

Nəzrin CAVADZADƏ,

"Respublika".