Ağsuda
Digər xəbərlər

Ağsuda "Heydər Əliyev İli" çərçivəsində tədbir keçirilib

"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi yeni nəslə aşılanması məqsədilə martın 30-da YAP Ağsu rayon təşkilatı tərəfindən tədbir keçirilib.

Əvvəlcə ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Ulu öndər Heydər Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra ulu öndər Heydər Əliyevin həyat fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev bildirib ki, Azərbaycanın dövlətçilik tarixinin çox mühüm mərhələsi dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır: "Ulu Öndər öz mənalı zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə dövlətinə həsr etmiş, müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərmişdir. Məhz Ulu Öndərin gərgin əməyi qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir".

Tədbirdə Ağsu rayon Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə, Ağsu rayon Ağsaqqallar Şurasının sədri Seyfəddin Abdullayev, Ağsu şəhər 4 saylı tam orta məktəbin direktoru Günay İnayətova başqaları çıxış edərək Ulu Öndərin misilsiz xidmətlərindən bəhs ediblər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, partiya sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.

Xaqani KOSAYEV,

Respublika”.