Ağsu: Kanal suvarmanı yaxşılaşdıracaq
Region

Ağsu: Kanal suvarmanı yaxşılaşdıracaq

Suvarma mövsümü yaxınlaşdıqca melioratorlar bu mərhələni daha keyfiyyətlə başa vurmaq üçün əlavə tədbirlər görür, yeni suvarma kanalları çəkirlər.

Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Ağsu Suvarma Sistemləri İdarəsi tərəfindən 2023- il ərzində planların yerinə yetirilməsi istiqamətində bir sıra işlər görülür. Belə ki, ilin əvvəlindən indiyə kimi plan çərçivəsində təsərrüfatlararası təsərrüfatlardaxili suvarma kanalları 130 min kubmetr həcmində lildən təmizlənib. Bundan başqa, Ağsu Maşınqolu kanalında betonla üzləmə üçün hazırlıq işləri aparılır. Barmi kanalına paralel olaraq isə yeni suvarma kanalı çəkilir. Bununla da kanal ətrafında yerləşən ərazilərdə əkin sahələrinin suvarılması yaxşılaşır. Yeni çəkilən kanal şoranlaşma təhlükəsini aradan qaldıracaq. Bununla yanaşı, suvarma suyu maneəsiz itkisiz olaraq əkin sahələrinə çatacaq.

Ağsu Suvarma Sistemləri İdarəsi tərəfindən sel daşqınlara qarşı mübarizə məqsədilə Ağsuçay, Girdimançayda Nazirçayda 7 min kubmetr çay məcrası təmizlənib, hidrotexniki qurğulardan 15 ədədi cari əsaslı təmir olunub. Sel suları nəticəsində çaylarda yaranmış təhlükəli vəziyyətlər idarənin texnikaları vasitəsilə aradan qaldırılıb. Nasos stansiyasında təmir işləri ardıcıl olaraq aparılır. Bunun nəticəsi olaraq rayonun kəndlərinin suvarma suyu ilə təminatında olan çətinliklər aradan qaldırılıb. Su təminatında Ağsuçaydan, Girdimançaydan, Yuxarı Şirvan kanalı onun Maşınqolu kanalından eləcə ehtiyat su mənbəyi olan Cavanşir Su Anbarından istifadə edilib. Bundan başqa, subartezian quyularında cari təmir işləri aparılıb, sıradan çıxmış mühərriklər yenisi ilə əvəz olunur. Eyni zamanda, Bəyimli kəndində 1 ədəd yeni subartezian quyusunun qazılması da nəzərdə tutulub.

Qeyd edək ki, Ağsu Suvarma Sistemləri İdarəsi 37 min hektardan artıq suvarılan torpaq sahələrinə xidmət edir. Bu sahələr 974 kilometr uzunluğunda olan kanallar vasitəsilə suvarılır. Bundan başqa, idarənin balansında 33 ədəd subartezian quyusu 2 ədəd nasos stansiya da mövcuddur.

Nəriman CAVADOV,

"Respublika".